“Karkuşa” vəfat etdi

karkusa-vefat-etdi
Oxunma sayı: 3067

Rusiyalı məşhur aktrisa Qalina Marçenko vəfat edib. 

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Spokoynoy noçi, malışi!” proqramının saytında məlumat verilib.

Rusiyanın məşhur “Spokoynoy noçi, malışı!” verilişində “Karkuşa” obrazını səsləndirən aktrisa 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Qalina Marçenko “Spokoynoy noçi, malışi!” proqramında 50 ildən çox çalışıb. 1980-ci illərin əvvəllərində Mışutka, epizodik olaraq Xryuşa və Stepashkanı səsləndirib. 1998-ci ildən etibarən isə Karquşa obrazını səsləndirib.