Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verildi - Video

kelbecerde-yeni-herbi-obyektler-istifadeye-verildi
Oxunma sayı: 1796

Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib.

Müdafiə Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov rayonda yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib. Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub.

Müdafiə nazirinin müavinləri - Nizam Osmanov və Quru Qoşunları komandanı, general-leytenant Ənvər Əfəndiyev Kəlbəcər ərazisində yeni istifadəyə verilən birləşmiş anbarlarda olublar. Məruzə edilib ki, yeni inşa edilən birləşmiş anbarlar vasitəsilə Azərbaycan Ordusunun Kəlbəcər və Laçın ərazilərində dislokasiya olunan bütün bölmələrinin təminat və təchizatı fasiləsiz həyata keçiriləcək.