Fərəc Quliyev oğlunun işdən çıxarılması xəbərindən danışdı - Yenilənib

ferec-quliyev-oglunun-isden-cixarilmasi-xeberinden-danisdi
Oxunma sayı: 14831

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin oğlunu işdən çıxarıb.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə Mətin Fərəc oğlu Quliyev FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

***

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin oğlu vəzifəsindən azad edilməyib. Bu barədə “Qafqazinfo”ya məlumat verən sabiq deputat yayılmış informasiyanı təkzib edib:

“Yalnış informasiyadır, oğlum hazırda öz işini davam etdirir”.

Qeyd edək ki, ötən gün mətbuatda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mətin Fərəc oğlu Quliyevin FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik xidmətinin rəis müavini vəzifəsindən azad edildiyi bildirilmişdi.