Kənd iki şəhidini torpağa tapşırdı- - Fotolar+Yenilənib

kend-iki-sehidini-torpaga-tapsirdi-
Oxunma sayı: 9000

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan ordusu 4 şəhid verib. 

Nərimankənddə şəhid gizir Pərvin Əliyevlə vida mərasimi başa çatıb və o, torpağa tapşırılıb. “Qafqazinfo” xəbər verir ki, onun dəfnində 1000-ə yaxın kənd sakini, mərhumun döyüş dostları iştirak ediblər. 

Qeyd edək ki, dünən gecə cəbhədəki atışmada Biləsuvar rayonunun Nərimankənd kəndinin iki sakini şəhid olub, bir əsgər-Anar Qarayev isə ağır yaralanıb. Onun hal-hazırda hospitalda olduğu bildirilir. 

***

Yas mərasimində iştirak edən “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudun verdiyi məlumata görə, şəhid olmuş kiçik gizir Rahil Hüseynov artıq torpağa tapşırılıb. Hal-hazırda kənddə digər şəhid gizir Pərvin Əliyevlə vida mərasimi keçirilir. 

***

Yas mərasimində iştirak edən “Qafqazinfo”nun rəhbəri Elbrus Ərudun sözlərinə görə, artıq şəhid gizir Rahil Hüseynovun cənazəsi doğulduğu kəndə gətirilib.


***

Şəhidlərdən ikisi Biləsuvar rayonunun Nərimankənd kəndindəndirler. Artıq kənd sakinləri şəhidlərin nəşini qarşılamaq üçün gizirin evinin qarşısına toplaşıblar.

“Qafqazinfo” şəhid kiçik gizir Rahil Hüseynovun fotosunu təqdim edir: