Keniyada 6 mərtəbəli bina uçdu - Ölən və yaralananlar var

keniyada-6-mertebeli-bina-ucdu
Oxunma sayı: 903

Keniyanın paytaxtı Nayrobinin Kiambu rayonunda yerli vaxtla saat 05:30-da 6 mərtəbəli bina uçub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb.

Xilasetmə işlərinin davam etdiyi binanın dağıntıları altından indiyədək biri uşaq olmaqla, ümumilikdə 4 yaralının çıxarıldığı bildirilib.

Hadisə şahidləri binanın yaxınlıqdakı evlərin üzərinə uçduğunu bildiriblər.

Dağıntılar altında neçə nəfərin qaldığı haqda məlumat yoxdur.

Tikilməkdə olan binanın hansı səbəbdən çökdüyü hələlik məlum deyil.