“Kəpəz” “Sabah”a uduzdu

kepez-sabaha-uduzdu
Oxunma sayı: 1018

Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda “Kəpəz” “Sabah”la üz-üzə gəlib.

Oyun “Sabah”ın 1:2 hesablı qələbəsi ilə başa çatıb.

12-ci dəqiqədə hesabı Kahim Parris açıb. 34-cü dəqiqədə isə İshak Belfodil fərqlənməyi bacarıb.

“Kəpəz”in heyətində Olavale Onanuqa 61-ci dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, tura “Araz-Naxçıvan” – “Səbail” görüşü ilə yekun vurulacaq.