“Keşlə”dən növbəti transfer

“Keşlə”dən növbəti transfer
Oxunma sayı: 920

“Keşlə” daha bir legioner futbolçu transfer edib. 

"Qafqazinfo" xəbər verir ki, paytaxt klubu seneqallı sol cinah yarımmüdafiəçisi Omar Qudiabini heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qudiabinin son klubu Şimali Makedoniyanın “Pelister” komandası olub. “Keşlə” bu gün “Pelister”in hücumçusu Aldair Netonu da transfer etdiyini açıqlamışdı.