“Kılıçdaroğlu, bunu sübut edə bilmirsənsə, vicdanın yoxdur” - Ərdoğan

kilicdaroglu-bunu-subut-ede-bilmirsense-vicdanin-yoxdur
Oxunma sayı: 3473

“Kılıçdaroğlu, bunu sübut edə bilmirsənsə, vicdanın yoxdur”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mitinq çıxışı zamanı bildirib.

“Kılıçdaroğlu TRT-də verdiyi açıqlamada terror təşkilatları ilə danışıqlar apardığımızı qeyd edir. Cənab Kılıçdaroğlu, bunu sübut edə bilmirsənsə, vicdanın yoxdur. İddiaçı iddiasını sübut etməyə borcludur. Əgər sübut edə bilmirsənsə, təkrar edirəm, sən vicdansızsan”, - deyə Ərdoğan bildirib.