Kim Çen In ağladı - Video

kim-cen-in-agladi
Oxunma sayı: 3970

Şimali Koreya lideri Kim Çen In ölkədə keçirilən V Ümumrespublika Analar Qurultayında göz yaşlarına hakim ola bilməyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Kim Çen In qurultayda hesabatı dinləyərkən baş verib.

Bildirilir ki, o, sözügedən hesabatın anaların övladlarının gələcəyi üçün özlərini qurban verməyə hazır olmasından bəhs edən hissəsində kövrəlib.

Bu anın görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.