Kirkorov Yeni il şoularından uzaqlaşdırıldı

kirkorov-yeni-il-soularindan-uzaqlasdirildi
Oxunma sayı: 4048

Rusiyanın Xalq artisti Filipp Kirkorov yeni il şoularından uzaqlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, buna səbəb onun aparıcı Nastya İvleyevanın təşkil etdiyi çılpaq partidə iştirak etməsi olub. Bununla bağlı ilk qərarı NTV verib. 

Xatırladaq ki, İvleyevanın dekabrın 21-də təşkil etdiyi çılpaq partidə qonaqlar şənliyə demək olar ki, çılpaq gəlib. Bundan qəzəblənən ictimai fəallar iştirakçıların televiziya kanallarında çıxışına qadağa qoyulmasını tələb ediblər.