Klub prezidentinin qərarı komandasını aşağı liqaya saldı - Video

klub-prezidentinin-qerari-komandasini-asagi-liqaya-saldi
Oxunma sayı: 2622

Bolqarıstan çempionatında maraqlı hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, əsas liqada qalmaq uğrunda mübarizə aparan “Tsarsko Selo” klubu son turda “Lokomotiv” (Sofiya) ilə üz-üzə gəlib.

Hesab 1:1 olarkən komanda penalti vurmaq hüququ qazanıb. Lakin komandanın iki futbolçusu Yaffa Yusuf və Martin Kavdanski 11 metrlik cərimə zərbəsini vurmaq uğrunda dava edib.

Meydana klubun prezidenti Stoyne Manolov girib və penaltini Kavdanskinin yerinə yetirəcəyini bildirib.

Kavdanski isə penaltidən yararlana bilməyib. Nəticədə “Tsarkso Selo” aşağı liqaya yuvarlanıb.

Bundan sonra isə azarkeşlər klubun prezidentini tənqid atəşinə tutublar.