Komandamız Avropa Universitetləri Futzal Çempionatında ilk oyunda qalib gəldi - Fotolar

komandamiz-avropa-universitetleri-futzal-cempionatinda-ilk-oyunda-qalib-geldi
Oxunma sayı: 817

17– 25 iyul tarixlərində Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.

Elm və Təhsil Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının  2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir. 

Ölkəmizi təmsil edən komanda iyulun 16-da Xorvatiyaya yola düşüb.

Keçirilən ilk oyunda komandamız 5:1 hesabı ilə İsveçrə komandasına qalib gəlib.

Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol  Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyilə həyata keçirilir.