Kadrlar “Survivor”dan deyil, Qaradağdandır... - Video

kadrlar-survivordan-deyil-qaradagdandir
Oxunma sayı: 1795

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunun Umbakı qəsəbəsini rayon mərkəzi ilə əlaqələndirən yeganə körpü uçub.

“Qafqazinfo”nun məlumatına görə, ötən ilin aprel ayında dağılmış körpü bu günə qədər bərpa olunmayıb.

Sakinlər bildirirlər ki, bu müddət ərzində sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. Nəticədə bir ildir ki, Umbakı sakinləri rayon mərkəzinə gəlib-gedə bilmirlər.

Sakinlər qeyd edirlər ki, bir ildir qəsəbəyə təcili tibbi yardım briqadası da gələ bilmir:

“Xəstəmiz olanda xəstəxanaya apara bilmirik, təcili tibbi yardım gəlmir. Bakı ilə əlaqələrimiz kəsilib. Heç kim səsimizi eşitmir.

Qəsəbədə Respublika Cüzam Xəstəxanası fəaliyyət göstərir. Həftədə üç dəfə oradakı xəstələrə çörək gətirilməlidir. Həftələrlə çörək gətirmək olmur. Uşaqlarımız dərsə getmirlər. Məktəbimizin kollektivinin 50 faizi Qaradağ rayonundan və Bakının müxtəlif ərazilərindən gəlirdi. Yol yoxdur deyə onlar da gəlmirlər”.

Ətraflı Oxu.Az-ın reportajında: