Konqoda müəmmalı xəstəlik 62 nəfərin həyatına son qoydu

konqoda-muemmali-xestelik-62-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1396

Konqo Demokratik Respublikasında 62 nəfər "müəmmalı xəstəlik”dən ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bikenqe əyalətində on gün ərzində yüksək temperaturlu, dehidrasiya (su itirmə) və anemiya(qan azlığı) əlamətləri yaşayan 62 nəfər həyatını itirib.

Ölkənin səhiyyə sistemi xəstəlik nəticəsində ən çox beş yaşına qədər uşaqların öldüyünü açıqlayıb.

Bu əlamətlərlə ölümlərin artdığı Konqoda xəstəlik haqqında hələ ki, bəzi məlumatlar toplana bilməyib.