Konqresdəki iclasa daxil olub belə etiraz etdilər - Fotolar

konqresdeki-iclasa-daxil-olub-bele-etiraz-etdiler
Oxunma sayı: 3574

ABŞ-də Qəzzadakı vəziyyətlə bağlı atəşkəs tələb edən etirazçı kütlə Konqresə daxil olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar Konqresdəki dinləmələrə daxil olaraq ABŞ dövlət katibi Entoni Blinkenin sözünü kəsiblər.

Həmin vaxt Konqresdə Blinken və ABŞ müdafiə naziri Lloyd Austin Ağ Evin milli təhlükəsizlik üçün 106 milyard dollar maliyyə tələbi ilə bağlı ifadə veriblər.

Buraya İsrailin HƏMAS-a qarşı hərbi səylərini dəstəkləmək üçün 14,3 milyard dollar da daxil olub.

Etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən zaldan çıxarılıb.