“Kontakt”dan telefon alıb 100 000 manat qazandılar

kontaktdan-telefon-alib-100-000-manat-qazandilar
Oxunma sayı: 667

“Kontakt” mağazalar şəbəkəsinin “Qoşa seç, 100 000 apar” kampaniyasında ilk final gecəsi ikiqat sevinc yaşanıb. Cəmi iki həftə əvvəl start götürən kampaniyada 100 000 AZN-lik böyük mükafat bir gündə - eyni səhnədə iki qalibə qismət olub.

Paytaxtın izdihamlı məkanlarından biri olan “Gənclik Mall”da yüzlərlə insanın canlı şahidliyi ilə keçirilən finalda hamının gözü səhnədə idi. Səhnədə isə üç finalçı, stenddə iki zər, fonda isə yüz minlik həyəcan var idi.

Günün ilk atışı Hacıqabul sakini Bəybala Babayevlə başlayıb. Və budur: Bəybala bəyin zərləri fırlanıb öz seçdiyi qoşa rəqəmdə dayanıb.

Qalib böyük pul mükafatı qazanmaq sevincini isə özünəməxsus yumorla belə ifadə edib: “Telefonun insanların həyatını dəyişdiyini deyirdilər, beləsi heç olmamışdı. Bir telefon aldım, həyatım dəyişdi”

Alqışlar səngiməmiş ikinci möcüzə baş verib. Tələbə təqaüdü ilə anasına telefon alan Cavani Qarayev ən böyük arzusunun anasına ev almaq istəyinin verdiyi inamla zərləri atıb və zərlər onun “sözünə baxıb”.

Gənc qalib “Qoşa düşəndə nə baş verdiyini anlaya bilmədim, sadəcə bir anlıq anama olan o vədimin reallığa çevrildiyini təsəvvür etdim. O an həqiqətən, anladım ki, niyyət çox vacibdir” deyərək hər kəsi duyğulandırıb.

Xüsusi olaraq vurğulayaq ki, bu il “Qoşa seç, 100 000 apar” kampaniyasının əsas fərqi iştirakçılara verilən seçim azadlığıdır; burada uduşlu qoşanı bəxt deyil, müştərinin özü müəyyən edir. Üstəlik, builki qaydalara əsasən, qazanılan məbləğlər artıq itirilmir və müştəridə qalır.

Şəbəkənin 100 000 AZN-lik mükafatı qazanılan final tədbiri bitsə də, böyük uduşlar marafonu tam sürəti və eyni mükafat məbləği ilə davam edir. Növbəti pul mükafatı elə sizin seçdiyiniz həmin qoşa rəqəmində gizlənmiş ola bilər.

Şərtlər barədə daha ətraflı məlumat üçün bu keçidə daxil ola bilərsiniz.