Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinə raket hücumu olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda vilayətin hərbi administrasiyasının rəhbəri Dmıtro Lunin teleqramda yazıb.
“Kremençuka raket hücumu nəticəsində üçü uşaq olmaqla 31 nəfər yaralanıb. 16 nəfər xəstəxanaya yerləşdirilib, həkimlər onlara kömək edir. Bir nəfər isə hadisə nəticəsində ölüb.
Atışma zamanı ətrafdakı tikililərə də ziyan dəyib. Sabah şəhərdə obyektlərə baxış keçirəcək və bütün dəymiş ziyanı qeydə alacaq ixtisaslaşmış komissiya fəaliyyət göstərəcək”,- o qeyd edib.