Kreml Paşinyanın açıqlamasına cavab verdi - Yenilənib

kreml-pasinyanin-aciqlamasina-cavab-verdi
Oxunma sayı: 10912

“Rusiyalı sülhməramlıların Qarabağdakı mandatının 10-20 il müddətinə uzadılması ilə bağlı Soçidə sənəd imzalamağa hazıram”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Bununla belə, Paşinyan qeyd edib ki, bu barədə təkbaşına qərar qəbul edə bilməz, çünki qərar qəbuletmə formatı üçtərəflidir.

Xatırladaq ki, oktyabrın 31-i Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

***

Kremlin rəsmi sözçüsü Dmitri Peskov Nikol Paşinyanın açıqlamasına münasibət bildirib.

“Görüşün özünü gözləmək lazımdır”, - deyə Peskov sözügedən məsələ ilə bağlı sualı cavablandırarkən deyib.