Külək güclənib - Faktiki hava

kulek-guclenib
Oxunma sayı: 1455

Azərbaycanda dekabrın 15-i saat 13:30-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisində sabit, əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Bildirilib ki, cənub-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 9, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.