Ölkənin ən gənc generalı ilə bağlı maraqlı - Detallar

olkenin-en-genc-generali-ile-bagli-maraqli
Oxunma sayı: 6545

Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən 34 yaşlı əməkdaşı Fuad Elxan oğlu Məmmədov barəsində maraqlı məlumatlar yayılıb.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, F.Məmmədov 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Həmin vaxt o, gömrük xidməti mayoru rütbəsi daşıyırdı. Cəmi 10 ay sonra isə F.Məmmədov artıq general-mayor oldu.

Hazırda Azərbaycanın vəzifədə olan ən gənc generalı olan Fuad Məmmədovun atasının müəllim olduğu bildirilib.

Onun atasının bp-nin vitse-prezidenti olmasına dair iddialar olsa da, bu, təsdiqini tapmayıb.