Kürdəmirdə 2025-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi - Fotolar

kurdemirde-2025-ci-ilin-yekunlarina-dair-hesabat-yigincagi-kecirildi
Oxunma sayı: 511

Kürdəmirdə 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatları Rafael Hüseynov, Əminə Ağazadə, Jalə Əliyeva, rayonun hüquq mühafizə orqanlarının, müəssisə-təşkilatlarının rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ildə respublika və rayon miqyasında əldə olunan uğurlar, rayonda aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, problemlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Məruzə ətrafında çıxış edənlər 2025-ci ildə rayonda vətəndaşların konstitusion hüquqlarının qorunması və ictimai asayişin təmin olunması istiqamətində görülən işlərdən, həmçinin sosial-iqtisadi inkişaf, təhsil və səhiyyə sahəsində qazanılmış uğurlardan, mövcud problemlərdən söhbət açaraq müvafiq sahələr üzrə təkliflərini bildiriblər.

Yığıncaqda Milli Məclisin deputatları Rafael Hüseynov, Əminə Ağazadə və Jalə Əliyeva çıxış edərək rayonun sosial-iqtisadi sahədə inkişaf prioritetlərindən, vətəndaşlara göstərilən dövlət qayğısından danışıblar.

Sonra Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Ağa-Əli Əhmədov çıxış edərək, 2025-ci ildə respublikanın və Kürdəmirin sosial-iqtisadi inkişafından danışıb, qarşıda duran vəzifələri, xüsusilə Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı görülməsi vacib olan məsələləri bir daha diqqətə çatdırıb.

Hesabatın sonunda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar layihəsi qəbul edilib, yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.