Kürdəmirdə ağır qəza - Yenilənib+Video

kurdemirde-agir-qeza
Oxunma sayı: 950

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor -Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü İbrahim Novruzov İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının sorğumuza cavab olaraq bildirilib ki, 01.01.2026-cı il tarixində saat 11:00 radələrində Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (qadın) təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib. Hər iki pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Yunis Quliyev