Kürdəmirdə kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzində təşkil olunan mərasimdə 17 nəfər qonaq qidadan zəhərlənib.
Zəhərlənən qonaqlar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətlərini orta ağır qiymətləndirirlər.
Hadisə yerinə AQTA-nın və rayon hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus “Naftalan” ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb:
“Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb. İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”.
***
Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 nəfərə çatıb.
***
APA-nın məlumatına görə, zəhərlənən şəxslər aşağıdakılardır:
Həmin şəxslər Kürdəmir şəhər sakinləri - 2009-cu il təvəllüdlü Şirəliyeva Aydan Məmməd qızı, 1974-cü il təvəllüdlü Orucova Elnarə Lazım qızı, 2006-cı il təvəllüdlü Şəmiyeva Xatun Mübariz qızı, 2007-ci il təvəllüdlü Şirəliyev Əli Məmməd oğlu, 2010-cu il təvəllüdlü Əsgərli Qurban Nizami oğlu, 2002-ci il təvəllüdlü Şəmiyev Ümüd Mübariz oğlu, 2002-ci il təvəllüdlü Orucov Nihad Mehrab oğlu, 2000-cı il təvəllüdlü Orucova Sadət Mehrab qızı, 1979-cu il təvəllüdlü Şəmiyev Mübariz Əlnağı oğlu, 1992-ci il təvəllüdlü Məmmədova Könül İlqar qızı, 1993-cü il təvəllüdlü Şəmiyeva Samirə İlqar qızı, 1990-cı il təvəllüdlü Qubatova Günel İlqar qızı, rayonun Mollakənd kənd sakinləri 1985-ci il təvəllüdlü Məhərrəmov Xəyyam Əlikram oğlu, 1993-cü il təvəllüdlü Məhərrəmova Zöhrə Mədət qızı, rayonun Çərtəyəz kənd sakinləri 2008-ci il təvəllüdlü Məhərrəmova Güllü Xəyyam qızı, 2015-ci il təvəllüdlü Məhərrəmov Sənan Cavanşir oğlu, 2009-cu il təvəllüdlü Məhərrəmova Aydan Xəyyam qızı, 1986-cı il təvəllüdlü Məhərrəmova Ülviyyə Xətən qızı, rayonun Şıxımlı kənd sakinləri 2010-cu il təvəllüdlü Səlimli Ümid İlkin oğlu, 1986-cı il təvəllüdlü Əliyeva Zərnişan Tofiq oğlu, rayonun Atakişli kənd sakini 2015-ci il təvəllüdlü Soltanlı Sehrayə İntiqam qızı, rayonun Qarasu kənd sakini 2015-ci il təvəllüdlü Abuşova Mahirə Faiq qızı, rayonun Çöhranlı kənd sakini 1992-ci il təvəllüdlü Şirəliyeva Firuzə Şaxalı qızıdır.
Zəhərlənən şəxslər müayinə və müalicə olunaraq evə buraxılıblar.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər