Kürün suyu artıb

kurun-suyu-artib
Oxunma sayı: 2299

Kür çayının suyunda artım qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən hidroloji məntəqəsinin məlumatında bildirilib.

Rəsmi məlumata görə, hazırda məntəqədə su sərfi 310 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 116 % ni təşkil edir. 2022-ci ilin müvafiq dövründə bu rəqəm 173 m3/s olmaqla, ongünlük normanın 65 %-ni təşkil etmişdir. Hazırda sululuq keçən il ilə müqayisədə 79 % çoxdur.

Bildirilib ki, Kür-Surra məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 83,0 m3/san qeydə alınır ki, bu da ongünlük normanın 15 % ni təşkil edir. 2022-ci ilin müvafiq dövründə bu rəqəm 60,0 m3/s olmaqla, ongünlük normanın 10 %-ni təşkil etmişdir. Hazırda sululuq keçən il ilə müqayisədə 38 % çoxdur.

Kür-Şirvan məntəqəsində suyun səviyyəsi 10 sm artıb və səviyyə 89 sm olub (2022-ci ildə səviyyə 85 sm təşkil edib).