“La Vira - məxfi menyu” - DTX bunu ermənilərə necə “həzm etdirdi”

la-vira-mexfi-menyu-dtx-bunu-ermenilere-nece-hezm-etdirdi
Oxunma sayı: 9234

REAL TV tərəfindən “La Vira - məxfi menyu” adlı sənədli film istehsal olunub.

“Qafqazinfo” xəbər verir ki, martın 28-də REAL TV-də nümayiş olunan filmdə Azərbaycan xüsusi xidmət orqanlarının məxfi əməliyyatından bəhs edilir.

Ekran əsərində əməliyyat barədə tamaşaçılara unikal arxiv materialları əsasında ətraflı məlumat verilir.

Həmçinin, sənədli filmdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Ermənistan xüsusi xidmət orqanlarını necə ələ salmasından bəhs edilir.

Filmin adı italyan mətbəxinə məxsus “La Vira” təamdan götürülüb. Tamaşaçılar filmdə Azərbaycan DTX-nin Ermənistan məxfi xidmət əməkdaşlarına bu təamı necə “həzm etdirməsi” ilə tanış olub.

Sözügedən filmi təqdim edirik: