Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı yeniliklər - Foto

lacin-serhed-buraxilis-menteqesi-ile-bagli-yenilikler
Oxunma sayı: 9308

Laçın-Xankəndi yolunun başlanğıcında quraşdırılan sərhəd-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən foto sosial şəbəkələrdə yayılıb.

Bundan başqa, Azərbaycan gömrükçülərinin Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsində fəaliyyətə başladığına dair də sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, gömrükçülərin sözügedən ərazidə xidmətə başlaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.