Qazaxıstanda Qurultaya (birpalatalı parlament) ilk seçkilər keçirili.
“Qafqazinfo” xəbər verir ki, səsvermə Astana vaxtı ilə səhər saat 07:00-da başlayıb və axşam saat 20:00-da başa çatacaq.
Deputatlar korpusu beş illik müddətə seçilən 145 üzvdən ibarət olacaq. Ümumilikdə yeddi partiyadan 545 namizəd yerlər uğrunda mübarizə aparır.
***
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-a qədər 9 095 298 seçici səs verib.
Ölkə üzrə seçici fəallığı 72,15 faiz olub.
***
Qazaxıstanda yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni birpalatalı parlamentin (Qurultayın) deputatlarının ilk seçkilərində səsvermə başa çatıb.
10 mindən çox seçki məntəqəsi bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçici aktivliyi barədə yeni məlumatlar açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər