Laçınlı şairin atasının sevincdən ürəyi dayandı

lacinli-sairin-atasinin-sevincden-ureyi-dayandi
Oxunma sayı: 3886

Laçınlı şair İlham Qəhrəmanın atası Umud Qəhrəmanov dünyasını dəyişib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Kulis.az -a İlham Qəhrəman məlumat verib. O, bildirib ki, Umud Qəhrəmanovun Laçının azad olunması xəbərini eşidəndən sonra gecə saat 2-də sevincdən ürəyi dayanıb.

Qeyd edək ki, Umud Qəhrəmanovun gözləri uzun müddətdir görmürdü. O, son günlərdə Laçına getməyə hazırlaşırmış.