Lamiyədən daha bir qızıl medal

lamiyeden-daha-bir-qizil-medal
Oxunma sayı: 2162

Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü  Lamiyə Vəliyeva, Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatında 400 metr qaçışda  55:34 saniyə nəticə göstərərək  qızıl medala yiyələnib və XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb. 

“Qafqazinfo” xəbər verir ki, Lamiyə Vəliyeva 100 metr qaçışda da qızıl medal qazanaraq XVII Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin etmişdi.

Bu nəticə ilə Lamiyə Vəliyeva Yay Paralimpiya Oyunlarında ölkəmizi 2 növdə ( 100 metr və 400 metr) təmsil edəcək.

Qeyd edək ki, idmançılarımız Dünya çempionatında para atletika idman növü üzrə Paris 2024  XVII Yay Paralimpiya Oyunlarına 5 lisenziya əldə edib.