Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir

lavrovun-azerbaycana-seferine-hazirliq-gedir
Oxunma sayı: 2491

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sülh sazişi ilə bağlı danışıqlarda Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını təsdiq ediblər: “Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazırdır”.