Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazonfo” xəbər verir ki, hadisə rayonun Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi minik avtomobili vurub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına matdırılan İ.Quliyevin xəsarətləri ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Lənkəranda minik avtomobili tərəfindən vurulan İslahat Quliyev ölüb.
76 yaşlı piyadanın öldüyü qəzada sürücünün Lənkəran sakini Sakin Məmməd oğlu Məmmədzadə olduğu müəyyən edilərək saxlanılıb.
Surxay Şahbazov