Lənkəranda qazi vəfat etdi - Foto

lenkeranda-qazi-vefat-etdi
Oxunma sayı: 586

Lənkəran rayonunda qazi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Şilavar kənd sakini 45 yaşlı Vüqar Quliyev insult keçirərək qəfil dünyasını dəyişib.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib.

O, döyüş əməliyyatlarında fəal iştirak edib və aldığı xəsarətlərə görə qazi statusu alıb.