Leyen bu müqayisəsinə görə tənqid edildi

leyen-bu-muqayisesine-gore-tenqid-edildi
Oxunma sayı: 1876

Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynadakı münaqişəni İrlandiyanın Britaniyadan müstəqillik uğrunda mübarizəsi ilə müqayisə etdiyi üçün tənqid edilib.

“Qafqazinfo” xəbər verir ki,  bu barədə “Daily Mail” nəşri yazıb.

“Bu gün başqa bir Avropa dövləti müstəqillik uğrunda mübarizə aparır. Təbii ki, İrlandiya Ukraynada cəbhə xəttindən çox uzaqdır. Şərqi Avropadakı dostlarımız kimi, siz də bilirsiniz ki, Ukraynada bir ölkənin gələcəyindən daha çox şey risk altındadır”, - deyə von der Leyen Dublində İrlandiyanın üzvlüyünün 50 illiyi münasibətilə keçirilən parlament iclasında bildirib.

AK rəhbərinin bu sözləri Böyük Britaniyada narazılıq yaradıb. Xüsusilə, deputat Jakob Rees-Mogg Leyenin bəyanatını “qeyri-diplomatik, ağılsız və yanlış” adlandırıb.