Litva Seymi ölkə ordusunun peşəkar hərbi qulluqçularının bir neçə ölkəyə səfərini qadağan etməyi özündə ehtiva edən qanuna düzəlişləri nəzərdən keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Litvanın “LRT” portalı yayıb.
Məlumata görə, bu ölkələrin siyahısına Rusiya və Belarusla yanaşı, Azərbaycan, Ermənistan, Qazaxıstan, Çin, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Rusiya tərəfindən ilhaq edilən Krım və digər dövlətlər daxildir.
Dəyişikliklərə əsasən, hökumət professional qaydada hərbi xidmət keçən litvalıların xidmətdən azad olduqları zamanlarda səfər etmələri qadağan olduğu xarici ölkə və ərazilərin siyahısını təsdiq edəcək. Dəyişikliklərin yanvar ayından qüvvəyə minməsi təklif edilir.