Lökbatandakı yanğında xəsarət alanların vəziyyəti - Açıqlandı

lokbatandaki-yanginda-xesaret-alanlarin-veziyyeti
Oxunma sayı: 219

“Qobu Park 1” yaşayış massivində partlayış baş verməsi səbəbilə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin məlumatında deyilir.

“Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 

3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir”, - KTM-dən bildirilib.