Madonna yenə məhkəməyə verildi

madonna-yene-mehkemeye-verildi
Oxunma sayı: 1381

Məşhur amerikalı müğənni Madonnanı fanatları konsertə gecikdiyi üçün yenidən məhkəməyə veriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonda konsert verən ifaçı səhnəyə 2 saat gec çıxıb. Buna görə konsertə birlikdə bilet alan üç nəfər Madonnadan şikayət ediblər. Nəticə də müğənni yenidən məhkəməyə verilib.

Qeyd edək ki, bir müddət əvvəl də ifaçı konsertinə gecikdiyinə görə iki fanatı tərəfindən məhkəməyə verilmişdi.