Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, sonuncu - 28-ci turun bütün oyunları eyni günə təsadüf edəcək.
Turun və mövsümün sonuncu matçında isə artıq çempionluğu təmin etmiş “Qarabağ” əsas izləyicisi və gümüş medallarla kifayətlənməli olan “Neftçi”nin qonağıdır.
***
Oyun başlayıb.
Mahir Mədətov 15-ci dəqiqədə hesabı açır.
***
Emin Mahmudov 38-ci dəqiqədə penaltidən vurduğu topla hesabı bərabərləşdirir.
***
Oyunun 40-cı dəqiqəsində Sansonenin vurduğu qolla "Neftçi" 2:1 önə keçir.
***
İkinci hissə başladı. Mahir Mədətov 64-cü dəqiqədə hesabı 2:2 edir.
***
Riçard Almeyda 90-cı dəqiqədə “Qarabağ”ı önə keçirir.
***
Oyun bitdi.
****
Topaz Premyer Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın futbolçusu Mahir Mədətov mövsümün bombardiri olub. O, 16 qolla bütün rəqiblərini qabaqlayıb.






Son xəbərlər
Son Xəbərlər