Millimiz Litvaya darmadağınla uduzdu

millimiz-litvaya-darmadaginla-uduzdu
Oxunma sayı: 582

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin I raundu çərçivəsində bu gün ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan millimiz Litvanın Kaunas şəhərində yerli komanda ilə qarşılaşıb.

“Raudondvario” stadionunda keçirilən matç Azərbaycan yığmasının 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimiz növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.