Mahir Emreli yatıb qaldığı üçün vacib iclasa gecikibmiş...

Mahir Emreli yatıb qaldığı üçün vacib iclasa gecikibmiş...
Oxunma sayı: 2507

Polşa mətbuatında “Legiya”nın ölkə çempionatında uğursuz çıxışı ilə bağlı yazı dərc olunub.

“Qafqazinfo” xəbər verir ki, “Interia.pl” saytında yayımlanan yazıda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə sabiq baş məşqçi Çeslav Mixneviçlə arasında olan narazılıqdan da bəhs edilib.

İddialara görə, narazılığa Mahirin ölkə çempionatında “Lex”lə keçirilən oyundan öncəki davranışı səbəb olub. Yazıda qeyd olunur ki, Mahir rəqib komandanın təhlil edilməsi üçün keçirilən iclasa 45 dəqiqə gecikib. Buna isə Emrelinin yatıb qalması səbəb olub.

İddiaya görə, “Legiya”nın 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra, baş məşqçi futbolçunu qaçırdığı qol imkanlarına görə tənqid edib və gənc hücumçu bundan inciyib. Nəticədə tərəflər arasında münasibətlər korlanıb.

Qeyd edək ki, “Legiya” keçirdiyi 10 oyundan sonra 9 xal toplayıb və 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa təmsilçisi uğursuz çıxışa görə ötən gün Çeslav Mixneviçlə yolları ayırıb.

Həmçinin oxu: Mahir Emrelinin baş məşqçisi qovuldu