Mahir Xorvatiyada dubl etdi - Video

mahir-xorvatiyada-dubl-etdi
Oxunma sayı: 7701

Futbol üzrə Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Riyeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 7:2.

Emreli də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb və ilk toxunuşdaca rəqib qapısına qol vurub. 73-cü dəqiqədə sarı vərəqə də alan forvard 85-ci dəqiqədə daha bir qol vurmaqla dublunu da rəsmiləşdirib.

Son Xorvatiya çempionu olan “Dinamo” 17 turdan sonra 41 xalla zirvədə qərarlaşıb.