Makqreqor prezidentliyə namizəd olacaq

makqreqor-prezidentliye-namized-olacaq
Oxunma sayı: 2525

Keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, 35 yaşlı idmançı bu barədə özü məlumat verib. Konor X hesabında fotosunu paylaşaraq “İrlandiya, sizin prezidentiniz” başlığını yazıb.

Qeyd edək ki, Konor Makqreqor iki dəfə UFC çempionluq kəmərinə sahib olub. Onun son döyüşü 2021-ci ilin iyulunda baş tutub.