Marapi vulkanındakı partlayışlarda ölən alpinistlərin sayı açıqlandı

marapi-vulkanindaki-partlayislarda-olen-alpinistlerin-sayi-aciqlandi
Oxunma sayı: 1903

İndoneziyanın Sumatra adasının qərbindəki Marapi vulkanının püskürməsi nəticəsində həyatını itirənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İndoneziyanın Qərbi Sumatra əyalətinin Axtarış və Xilasetmə İdarəsinin rəhbəri Əbdül Malik açıqlama verib.

O, itkin düşən 12 alpinistdən 11-nin cəsədinin tapıldığını bildirib.

Beləliklə, dekabrın 3-dən vulkanda baş verən partlayışlar və aktivlik nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.