“Marsel”in keçmiş yarımmüdafiəçisi öldü

marselin-kecmis-yarimmudafiecisi-oldu
Oxunma sayı: 1652

“Marsel”in keçmiş yarımmüdafiəçisi Əbdüləziz Barrada 35 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi “X” hesabı paylaşım edib. 

Mərakeş millisində 26 oyun keçirən Fransaəsilli futbolçunun ölümünün səbəbi açıqlanmayıb.

Barrada, həmçinin İspaniyanın “Xetafe” komandasında və Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif komandalarında oynayıb.