Çin sədri masadan qalxan kimi bloknota göz atdı - Video

cin-sedri-masadan-qalxan-kimi-bloknota-goz-atdi
Oxunma sayı: 1431

ABŞ Prezidenti Donald Trampın Çin sədri Si Cinpinlə görüşü maraqlı anlarla yadda qalıb. 

“Qafqazinfo” xəbər verir ki, Pekində keçirilən görüş zamanı Donald Trampın Si Cinpinin şəxsi bloknotuna baxması marağa səbəb olub. 

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Çin liderinin oturduğu yeri qısa müddətə tərk etməsindən istifadə edən ABŞ Prezidentinin onun bloknotuna baxması yer alıb.

Xatırladaq ki, Donald Trampın başçılıq etdiyi nümayəndə heyətinin Çinə səfəri mayın 13-dən 15-dək davam edib.