Masallı rayon Təzə Alvadı kənd sakini Sədaqət Səfərovanın yaşadığı kəndin ərazisində çoxsaylı bıçaq xəsarətlərindən ölməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu haqda DİN məlumat yayıb.
Bildirilib ki, aralarında yaranmış mübahisə nəticəsində qətlin onun həyat yoldaşı Gülağa Bəndəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
G.Bəndəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.