Masallıda həmkəndlisini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutuldu - Yenilənib

masallida-hemkendlisini-qetle-yetirmekde-subheli-bilinen-sexs-tutuldu
Oxunma sayı: 2843

Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb.

Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.

***

Masallı rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb:

“Mayın 20-də saat 19 radələrində Masallı rayonu Yeddioymaq kəndi ərazisində 1971-ci il təvəllüdlü Seymur Alışanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla rayonun Qasımlı kənd sakini 1994-cü il təvəllüdlü Aslan Ağazadənin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla və bıçaqla xəsarətlər yetirərək həmkəndlisi Seymur Alışanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Aslan Ağazadə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir”.