Masallıda “TIR” aşdı - Yolda sıxlıq yarandı+Yenilənib

masallida-tir-asdi
Oxunma sayı: 1786

Ələt-Astara magistralında “TIR” markalı yük maşını aşıb və nəqliyyatın hərəkəti ləngiyib.

“Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Masallıdan keçən hissəsində qeydə alınıb.

Yük maşınının, İrandan Rusiyaya tərəvəz məhsulları apardığı bildirilir.

Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər görür.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, artıq yoldakı problem aradan qaldırılıb. Nəqliyyatın hərəkəti bərpa edilib.

Surxay Şahbazov