Masazırda şəhidin il mərasimi keçirildi - Fotolar

masazirda-sehidin-il-merasimi-kecirildi
Oxunma sayı: 1518

Abşeronda şəhid Nicat Salahovun il mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, il mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimovvə digər şəxslər iştirak edib.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub.

RİH başçısı İ.Gülməmmədova şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb.