Maşın körpüdən aşdı, hərbçi olan sürücü öldü - Fotolar

masin-korpuden-asdi-herbci-olan-surucu-oldu
Oxunma sayı: 4056

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zəyəm-Düyərli avtomobil yolunun 5-ci kilometrliyində olub.

Belə ki, “N” saylı hərbi hissənin giziri 1966-cı il təvəllüdlü Mirzəyev Nüsrəddin Natiq oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil körpünün beton dəmir maneəsinə çırpılaraq oradan aşıb. Nəticədə N. Mirzəyev hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev