Maska oxşarlığı ilə diqqət çəkdi - Foto

maska-oxsarligi-ile-diqqet-cekdi
Oxunma sayı: 2287

Lüksemburqlu müğənni Huqo Van amerikalı iş adamı, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maska bənzərliyi ilə diqqət çəkib.

“Qafqazifo” “The Indian Express”ə istinadən xəbər verir ki, müğənni sosial şəbəkələrdə musiqilərinə görə deyil, daha çox Maska bənzərliyi ilə gündəm olub.

Lakin Huqo özü bu bənzərliklə razılaşmır. Onun sözlərinə görə, oxşarlıq barədə fikirləri ilk dəfə 2018-ci ildə eşidib.

Sənətçi bildirib ki, mağaza və ya tədbirlərdə onu Maskla səhv salıb yaxınlaşırlar.